Nağıllar, hekayələr

Babanın nağılı

– Biri vardı, biri yoxdu, Sarıpapaq adında bir qız vardı.

 

– Yox!

 

– Hə, yadıma düşdü. Qırmızıpapaq. Bir gün anası onu çağırıb deyir: “Al bu yağ yaxmacını, apar nənənə”.

 

– Aaa… Düz demirsən.

 

– Yaxşı, yaxşı. Qız meşə ilə gedəndə qarşısına bir div çıxır.

 

– Sən hər şeyi qarışdırdın.

 

– Hə, hə, canavar. Canavar soruşur: “Kim yatmış, kim oyaq?”

 

– Yox! Yox!

 

– Yaxşı da, bildim. Qız cavab verir: “Mənə qayğanaq bişir!”

 

– Heç də belə deyil.

 

– Doğru deyirsən! Tülkü isə deyir: “İstəyirsən, mən pendiri tən yarı bölüm”.

 

– Hansı tülkü, nə pendir? Ay baba, aləmi qarışdırdın. Sən heç nağıl danışa bilmirsən ki...