Sevinc Nuruqızı. Çömçə
Qazana girib
Dolaşsa bir az.
İnanın, orda
Heç bir şey qalmaz.
Hamı çığırar:
-Çömçə, ay çömçə.
Ordan yemək çək,
Mənə bir nimçə.
Çömçə yeməyi
Daşıyar çölə.
Çalışar bizə
Yaxşı pay bölə.
Nə çox çəkər o
Nimçəyə, nə az.
Amma özünə
Yemək saxlamaz.
12.01.2021