Nağıllar, hekayələr

M. S. Plyatskovski. Dostluq Dərsi

Bir gün Çik nənəsindən bir bağlama aldı. Qutu darı ilə dolu idi. Ancaq Çik bu barədə dostuna bir söz demədi.

 

"Əgər darıları paylasam, onda özümə bir şey qalmayacaq" deyə düşündü. Beləliklə bütün dənləri tək yedi. Qutu atıldıqda isə, özünündə xəbəri olmadan, yerə bir neçə darı töküldü.

 

Dostu Çirik bu darıları tapdı, səliqəli bir torbaya yığıb dostu Çikin yanına uçdu.

 

- Salam, dostum! Bu gün on dənə darı tapdım. Gəl onları bərabər bölək və yeyək!

 

- Lazım deyil ... Niyə? .. - Çik qanadlarını yelləməyə başladı. – Sən tapdın - sən də ye!

 

- Biz səninlələ dostuq, - Çirik dedi. - Və dostlar hər şeyi yarıya bölməlidirlər. Elə deyilmi?

 

"Yəqin ki, haqlısan" deyə Çik cavab verdi. O, çox utanırdı. Axı özü bir qutu darını yeyib dostu ilə bölüşməyib, ona bir dənə də olsa dən verməyib. İndi isə dostunun verdiyi hədiyyədən imtina etsə onun xətrinə dəyər.

 

Çik beş dənə dən götürüb dedi: - Təşəkkür edirəm, Çirik! Bölüşdüyün darılar  və ... dostluq ... dərsi üçün.