İbrətamiz hekayə. Sehrli şahmat
Fikri dağınıq insan üçün məqsədyönlü hərəkət etmək, diqqətini ciddi bir işə yönəltmək asan deyil. Hekayəmizdəki fikri dağınıq oğlan olan Kolyaya dostu Mitya kömək edir. Oxuyaq görək necə?
Bir zamanlar Kolya Kurolesov adlı bir oğlan var idi. Kolyanın bir xəyalı var idi - tanınmış bir şahmatçı olmaq. Kolya oxumağı çox sevirdi, krossvordlar düzəltməyi bacarırdı, ən yaxşı bacardıği iş isə əlbətdə ki, şahmat oynamaqdı. Kolya hər zaman şahmat haqqında düşünürdü. Bəlkə elə buna görə fikri daim dağınıq idi, bəlkə də yox, kim bilir?
Kolya bir iş ilə məşğul olan zaman, başqa bir hərəkət onu işindən tez yayındıra bilirdi. Yolun yarısını gəzib hara gedəcəyini belə unudurdu. Bu onun xüsusiyyəti idi.
Bir gün Kolya köhnə dostu ilə rastlaşdı.
- Axşam bizə gəl! - Kolya dostuna təklif etdi - Yeri gəlmişkən, dostum Mitya Matyuşkin də bizdə olacaq.
- Mən elə Mitya Matyuşkinəm, - oğlan təəccübləndi.
Kolya dedi:
- Fərqi yoxdur, sən gəl!
Mitya Kolyanın təcili yardıma ehtiyacı olduğunu düşündü. Bəs nə etmək lazımdır? Axı o heç kimə qulaq asmaq istəmir.
Nəhayət Mitya nə edəcəyini tapdı. Sehrli Dükana getdi, sehrli bir şahmat dəsti aldı və Kolyanın adi şahmat fiqurlarını sehrli fiqurlarla əvəz etdi. Kolya şahmat lövhəsinin arxasına əyləşəndə birdən Şahmatın ən önəmli fiqurlarından biri olan Şah ondan soruşdu:
- Ev tapşırığını yerinə yetirmisən?
Kolya yerindən sıçradı və ev tapşırığını yerinə yetirməyə getdi. O vaxtdan bəri, hər şahmat fiquru Kolyaya bir və ya başqa bir şey edilməsi lazım olduğunu xatırlatmağa başladılar. Kolya şahmat fiqurlarına sual vermədən tabe olurdu.
Zamanla Kolya bütün işləri görüb bitirməyənə qədər şahmat lövhəsinin arxasına oturmadı. Hər şeyə daha diqqətli yanaşdı və dərslərinə, edəcək işlərinə daha çox fikir verməyə başladı.
Mitya istəyinə çatdı! Fikiri dağınıq olan dostu yenidən adi, diqqətli bir oğlana çevrildi. Kolya isə öz növbəsində Mityaya şahmat oynamağı öyrətdi!
Nağılın əsas ideyası budur ki, hər bir kəs hansısa bir işə diqqətlə, ürəklə yanaşsa çox şey əldə edə bilər. Mitya başa düşdü ki, Kolya sadə danışıq və inandırma yolu ilə düzələ bilməz. Bir şey bir yolla düzəlmirsə, digər həll yollarını axtarmaq lazımdır. Mitya dostu üçün yenilik etdi. Beləliklə, Mitya istənilən nəticəni əldə etdi.
09.01.2021