Nağıllar, hekayələr

Lev Tolstoy. Ata və oğulları

Ata oğullarına bir-biri ilə mehriban olmağı və həmişə bir-birlərinə kömək etməyi öyrədirdi. Ancaq oğulları itaət etmirdilər, həmişə mübahisə edirdilər.

 

Ata oğullarına bir süpürgə gətirmələrini buyurub dedi:

 

- Qırın!

 

Oğullar nə qədər çalışsalar da qıra bilmədilər. Sonra ata süpürgəni açıb çubuğun birini sındırmağı buyurdu. Oğulları süpürgənin çubuqlarını asanlıqla bir-bir qırdılar. Ata dedi:

 

- Əgər siz mehriban yaşasanız, heç kim sizə qalib gələ bilməz; yox, əgər mübahisə edib hər şeyi tək etsəniz, hər kəs sizi asanlıqa məğlub edib, incidə bilər.