Nağıllar, hekayələr

Lev Tolstoy. Tənbəl qız

Ana ilə qızı bulaqdan su doldurub evə aparmaq istədilər. 

 

Qız dedi:

 

- Ağırdı. Qoy bir az suyu boşaldım.

 

Ana dedi:

 

- Suyu boşaltsan, evdə içməyə su qalmayacaq. Məcbur olub yenə su dalınca bura qayıdacayıq. 

 

Qızı cavab verdi:

 

- Mən evdə su içməyəcəm. Amma burda bütün günlük su ehtiyacımı ödəyəcəm.