Məzahir Məzhər. Sevincin sualı
Axan çaya baxıb Sevinc
Bu sualı sordu məndən
Dedi:- görən bilən varmı,
Çay altında qalan torpaq
Çay suyunu udmur nədən?
Dedim burda çətin nə var,
Neçə illər sular axıb
Torpaq üstdə lil qoyubdu
Bol-bol içib sudan torpaq
Daha içmir, o doyubdu.
17.12.2020