Gülüstan əfsanəsi
Neçə illər idi ki, Gülüstan Araza könül vermişdi. Onlar hər gün yaxınlıqdakı çayın sahilində Arazla görüşər, gələcək səadətləri haqqında birlikdə xəyallar quradı. Bir gün düşmən bu yurda hücum edir. Hamı ayağa qalxır. Araz da döyüşə gedir. Yağını qovub – çıxardırlar yurddan. Döyüşənlər geri dönürlər.
Gülüstan allı – güllü paltarın geyib çayın sahilinə gəlir. Lakin Araz gəlib çıxmır. Gülüstan səhərəcən onu gözləyir. Gözlərindən axan yaş hər tərəfi suya döndərir. Suyun əhatəsində bir parça allı – güllü yer qalır.
Deyilənə görə, o yer ilin 3 fəslində güllü – çiçəkli olur. O yeri Gülüstan adlandırırlar.
23.11.2020