Şeirlər

Yusif Həsənbəy. Kəndimiz

Yeni zəfərlərlə açılır səhər,
Mahnılar yüksəlir burdan hər yana.
Dövləti, varıyla gözəl kəndimiz,
Şan-şöhrət gətirir Azərbaycana.

 

Bizim dağlar kimi uca dağ hanı?
Gümüş şəlalələr köksündə çağlar.
Ətriylə məst edir çöllər insanı,
Görənlər bu yerə könlünü bağlar.

 

 

 

Kəndin zinətidir meyvəli bağlar,
Məhsullu tarlalar, geniş düzənlər.
Ceyranlı dərələr, sərin bulaqlar,
Tarlada səhəri açan gözəllər.