Roza Kazımlı. Cəsarətli Qnom
Biri var idi, biri yox idi, meşədə balaca Qnom yaşayırdı. O çox şən və qayğısız yaşayırdı, lakin bir şey ona mane olurdu, meşədə yaşayan qoca qarının qorxusu. Günlərin bir günü balaca Qnomun anası tort bişirmək istədi, evdə qoz-fındığın qurtardığını görüb və Qnomu meşəyə fındıq yığmağa göndərdi.
Qnom əvvəlcə öz dostunun, divin yanına getmək istədi, onunla meşəyə getmək üçün, çünki div qarıdan qorxmurdu. Amma sonra divə və anasına cəsarətli olduğunu sübut etməyi qərar verdi və meşəyə tək getdi.
Bütün günü meşədə tək gəzməyinə baxmayaraq, o, qoz ağacını tapa bilmədi. Artıq qaranlıq idi, külək əsdi və qəribə səslər gəldi. Qnom düşündü ki qoca qarı gəlir. Qorxa-qorxa axtarışa davam etdi. Artıq hava çox qaralmışdı və balaca Qnom bir ağaca söykənib dayandı, ağladı. Birdən ağac tərpəndi və Qnom başa düşdü ki, bu, ağac deyilmiş, qoca qarının evi imiş. O, qorxudan yıxıldı yerə və həmin an qapı açıldı.
Qnom özündən asılı olmadan ayağa qalxdı və evə girdi. İçəri girəndə qoca qarını görmədi. Birdən qəribə səslər gəldi və Qnom qoca qarını gördü. O, şala bürünmüş, əyilmiş, pis vəziyyətdə idi.
-Məndən qorxma - dedi qarı, - mən sənə pis heç nə etmərəm, mən xəstələnmişəm, çünki meşədə çox işlər gördüm, çox adama məsləhət verib kömək etdim.
Qnom qaçmaq istədi, amma ayaqları ona qulaq asmırdı.
-Sənə necə kömək edə bilərəm? - dedi Qnom.
- Xahiş edirəm, mənə şam ağacının budaqlarını və bir neçə ot dəstəsi gətir.
Qnom səhər tezdən bunların hamısını gətirdi. Qarı elə sevindi ki, ona bir qutu qoz-fındıq və sehrli sap topu verdi ki, o, evin yolunu rahat tapa bilsin. Meşədən çıxanda, Qnom qarşısında çoxlu heyvan gördü və hamısı birlikdə qışqırdılar:
-Afərin cəsur Qnom!
Evdə onu anası və dostu div sevinclə qarşıladılar. Hamısı birlikdə tortla çay içdilər və balaca səyahətçinin söhbətlərinə qulaq asdılar.
07.10.2020