Şeirlər

Hüseyn Abbaszadə. Məktəb nəğməsi

Salam, doğma məktəb, ey ana məktəb

Gəlmişik hamımız yay tətilindən

Sənə gözəl, göyçək hədiyyəmiz var,

Qoşqar dərəsindən, Kür sahilindən,

Sakit axşamlarda yaşıl düzlərə

Al şəfəq saçıldı tonqalımızdan.

Hər sözün başında səndən danışdıq,

Çıxmadın bir an da xəyalımızdan.

Göygöldən, Kəpəzdən, Cıdır düzündən

Mahnı deyə-deyə keçdik yayda biz.

Canımız bərkimiş günün altında,

Yaxşı dincəlmişik bu üç ayda biz.