Aslan və iki öküz
Çəməndə iki öküz otlayırdı. Ac aslan onları görüb, çox sevindi. O fürsət tapib, öküzlərə hücum etdi. Öküzlər birləşib, buynuzları ilə onu qovdular.
Aslan onların birliyini görüb, geri çəkildi. O, hiyləyə əl atdı. Öküzlərin birinə yanaşıb pıçıldadı:
- Əzizim, bax, bu gözəl çəmənliyi sənə verirəm, ancaq o boz öküzlə gəzmə. Sözümə əməl etsən səninlə işim yoxdur.
Ağılsız öküz aslanın sözünə inanıb, yoldaşından uzaqlaşdı. Bunu görən aslan fürsət tapıb, öküzləri tək-tək parçaladı.
23.07.2020