Şeirlər

Hikmət Ziya. “Sevimli məktəb”

Günəşin şəfəqində
Yuyunanda çölçəmən,
Xoş ətrini yayanda
Hər yana gülyasəmən,
Dincəldik biz fərəhlə
Qoynunda ağ günlərin.
Bu yerin dağıdüzü ...
Əlvan mənzərəsiylə
Oxşadı qəlbimizi.
Ana məktəb, indi də
Gəlirik, aç qoynunu.
Bağrına bas yenə sən
Öz qızını, oğlunu!
Fərəh dolu günlərdən
Yeni qüvvət alaraq,
Dönürük biz yanına
Alnı açıq, üzü ağ.
Arzumuzu bilirsən;
Ucalt, sevimli məktəb,
Bir pillə də bizi sən.