Teymur Elçin. “Saçaq-saçaq”
Qıvrım saçını
Daradı Nərgiz.
Öz saçı kimi
Qaradı Nərgiz.
Soruşdum ondan
"Saçaq"sözünü,
Balaca Nərgiz
Döydü gözünü.
Nənə şalını
Verdi Nərgizə:
- Saçağı burda
Sən göstər bizə!
Saça oxşadı
Şalın saçağı.
Belə öyrətdi
Nənə uşağı.
03.04.2019