Qaşlar və kipriklər
Qaşlar və kipriklər gözü qoruyur. Göz çox həssas bir duyğu orqanıdır.
Hər birimiz tərləyirik və əksərən də alın nahiyədən tərin axdığının şahidi oluruq. Amma bu tər heç də axıb bizim gözümüzə tökülmür - gicgahlarımızla üzü aşağı axır. Bu prosesi tənzimləyən bizim qaşlarımızdır.
Qaşlar gözlərimizi günəşin şüalarından qoruyur. Onun kölgəsi günəş şüalarının birbaşa gözə düşməsinin qarşısını alır. Kipriklər isə göz almacığını tozdan və çirkdən qoruyur.
Gözlərimizi yağan yağışdan kipriklərlə yanaşı qaşlar da qoruyur. Su damcıları öz istiqamətini dəyişmış olur. Bu da yağış suyunun görməmizi bulandırmasının qarşısını alır.
28.02.2019