Bir həftə nə üçün yeddi gündür
Zamanla bir gündən uzun, bir aydan da qısa bir zaman vahidinə ehtiyac duyulurdu. Babillilər yeddi gündəlik həftəni zaman vahidi olaraq istifadə etməyə başladılar. Sonralar yunanlılar, çinlilər və misirlilər 10 gündəlik, romalılar isə 8 gündəlik həftəni istifadə etməyə çalışdılar.
Bir həftə olaraq qəbul edilən yeddi gündəlik müddətin qaynağı tam olaraq məlum deyil. Ən uyğun məlumat bu müddətin Ayın mərhələlərindən qaynaqlandığına söykənir. Çünki Ayın dörd mərhələsinin müddətlərinə ən yaxın olan tam gün sayı yeddidir. Bu müddətin bir ayın dörd mərhələsinə, bəzən də göyün yeddi qat olmasına dəlalət edir.
Yeddi günlük təqvim eramızadan əvvəl 327-ci ildə Roma imperatoru Konstantinin dövründə rəsmiyyət qazanıb.
22.02.2019