Şeirlər

Fikrət Sadıq. Çanaqlı bağa və qurbağa

Bir çanaqlı
Çağa bağa
Girdi bağa,
Oynamağa.
Bir qurbağa
Onu görüb
Qoydu lağa:
-Buna bax,a!
Buna bax,a!
Əynindəki
Qına bax,a!
Yaman qorxdu,
Çana bağa.
Elə qaldı
Baxa-baxa.
Sonra dedi:
-Sən də bağa,
Mən də bağa.
Təkcə “qur” un
Artıqdı,ha!
Çox döşünə
Döymə, qağa!
Quruldama
Lovğa-lovğa.