Şeirlər

İvan Andreyeviç Krılov. “Siçan və kəsəyən”

Tərcümə edəni Mirmehdi Seyidzadə

 


Qaçıb Kəsəyənə söylədi Siçan:
-Şad xəbər almışam bu gün, qonşucan
Pişik pəncəsinə keçmişdir Şirin.
Bu xəbər bizimçün nə qədər şirin!
Canımız pişikdən qurtarar bizim.
-Gəl belə sözlərə uyma, əzizim!
Pişikdən qüvvətli kimdi dünyada,
Aslanın ömrünü о verər bada.
Bu çox sınanmışdır, aləmdə qorxaq,
Qorxduğunu güclü düşünər, ancaq.