Bu maraqlıdır!

Şimali Amerikada həyat

İlk insanlar Asiyadan bugünkü Alyaskaya min illər bundan əvvəl gəlib. Hazırki Şimali Amerika əhalisini yerli sakinlər, Avropadan gələnlər və Afrika qulları təşkil edir. 

 

İribuynuzlu mal-qara yetişdirilməsi

Filmlərdə məşhur olan kovboylar, bir zamanlar Amerikanın qərbində sərbəst şəkildə hərəkət edən iribuynuzlu mal-qara sürülərini bir yerə toplamaq və gəzib dolanmaq üçün istifadə olunan muzdurlar idilər. ABŞ və Kanadada ət istehsalı üçün hələ də iribuynuzlu mal-qara saxlanılır.

 

Sənaye

Silisium çip, mikroprosessor, iPod və bir sıra digər kompüter texnologiyası yeniliklərinin kəşfi Şimali Amerika şirkətlərinin adı ilə bağlıdır.

 

Landşaft

Şimali Amerikanın landşaftı müxtəlifliyi ilə fərqlənir və ərazisinin böyük hissəsi turistlərin daha çox gəldiyi məşhur yerlərdən ibarətdir.

 

Musiqi

Caz, rok`ın roll, blyuz, hip-hop və kantri musiqisi də daxil olmaqla ABŞ bir çox musiqi janrlarının beşiyidir. Caz, blyuz, rok`ın roll Afrika-Avropa qarışıq musiqi janrı kimi ABŞ-ın cənub bölgələrində meydana gəlib.

 

İdman

Şimali Amerikada ən çox izlənilən idman növləri arasına basketbol, beysbol, amerikan futbolu və buzüstü xokkey daxildir. Amerikan futbol qaydaları Avropa futbolundan tamamilə fərqlənir və daha çox ABŞ-da məşhurdur, Meksikada isə Avropa oyunları daha çox sevilir. Kanada futbolu amerikan futbolu ilə eynidir. 

 

Yerli amerikalılar

Yerli amerikalılar Şimali Amerikanın ilkin sakinlərinin davamçılarıdır.

Hazırda ABŞ-da yaşayan yerli sakinlərin sayı iki milyon, Kanadada isə bir milyondur.