Şeirlər

Rəsul Rza. “Pələng”

Hündür, yekə pişikdir
Elə bil vəhşi pələng,
Dərisi başdan-başa
Zolaq-zolaqdır qəşəng.

 

Ətyeyən yırtıcıdır,
Meşələrdə yaşayır.
Sinəsi ağ, gözləri
Şir gözünə oxşayır.

 

 

 

 

Ov dalınca qaçanda,
Elə sürətlə gedir
Bir göz açıb yumunca,
Yox olur, gözdən itir.