Bəxtiyar Vahabzadə. “Niyə”
- Niyə gündüz gün çıxır?
Niyə ulduzlar batır?
Günəş yatandan sonra
Niyə adamlar yatır?
Niyə dəniz dalğalı,
Niyə sahil lal olur?
Niyə zanbaq ağappaq,
Qızılgüllər al olur?
-Sevinc balam, tələsmə,
Keçər gün, keçər zaman,
Bunların cavabını
Bir vaxt özün taparsan.
- Mənə sual verməyi
Qadağan etməyələr,
Bizim qanadımızdır
Bu niyələr, niyələr...
21.01.2019