Şeirlər

Mir Sabir. “Milli ordumuz”

Ey ana yurdumun mərd cavanları, 
Odlar ölkəsinin qəhrəmanları. 
Eşidin bunları, bilin bunları, 
Silahı bərk tutsa, Milli Ordumuz, 
Heç zaman basılmaz ana yurdumuz! 

 

 

Sevirik Vətəni gözümüz kimi, 
Bir olsun işimiz sözümüz kimi. 
Kim bizi qoruyar özümüz kimi? 
Silahı bərk tutsa, Milli Ordumuz, 
Heç zaman basılmaz ana yurdumuz!

 

 


Var olsun dostumuz, arkadaşımız, 
Bizim etibarlı türk qardaşımız. 
Səslənsin ucadan zəfər marşımız, 
Silahı bərk tutsa, Milli Ordumuz, 
Heç zaman basılmaz ana yurdumuz! 

 

 

Xeyir-dua verin, analar, siz də, 
İftixar oyansın ürəyinizdə. 
Elin qeyrəti var bu adi sözdə, 
Silahı bərk tutsa, Milli Ordumuz, 
Heç zaman basılmaz ana yurdumuz!