Bu maraqlıdır!

Okean suyu niyə duzludur

Su - ən güclü məhvedici qüvvədir. Su yerin səthindəki hər hansı bir qayanı asanlıqla məhv edə bilər. Axar sular, çaylar, hətta damlalar belə tədricən qranit və daşları məhv edərkən, onlardan asanlıqla həll olan tərkibləri yuyar. Heç bir dayanaqlı mineral, suyun aşınmasına qarşı dura  bilməz. Bu proses uzun, lakin qaçılmazdır. Daşlardan yuyulan duzlar dəniz suyuna acı-duzlu bir dad verir.


Amma niyə okean suyu duzlu, çay suları isə şirindir?


Sən demə çaylarda olan su da duzludur, ancaq okean suyundan 70 dəfə az duzluluğa sahibdir. Sadəcə olaraq, dənizə tökülən zaman çay suyu qayalara dəyərək duzlarını yuyur. Dünya okeanına tökülən zaman planetimizin çayları duz halında okeanlara əlavə edilir. Daha sonra bu su buxarlanaraq yerə yağıntı halında düşür və yenə də okean suyuna duz əlavə edir. Bu nəzəriyyə qeyri drenaj göllərdə isbat olunub.  
Belə məlum olur ki, okean suyu da öncədən çayların suyu kimi az duzlu olub, ancaq milyard il boyunca okean suyunda xarakterik dad əmələ gəlib. Dəniz suyunda və çay suyunda duzluluğun səviyyəsi də fərqlidir. Dəniz suyunda xloridlər, çay suyunda isə karbonatlar var.


Müasir dövrümüzdə alimlər hesab edir ki, dənizlər və okeanlar yarananda onların suyu indiki kimi vulkanik fəallıq səbəbi ilə duzlu olub. Ehtimal olunur ki, ilkin olaraq dəniz suyunun tərkibində  75 faiz sudan ibarət  vulkanik qazlar,  15 faziz karbondioksit qalan 10 faizdə isə metan ammiak var. Bundan əlavə, okean suyunda bütün kimyəvi elementlər var. Buna səbəb çaylar tərəfindən okeanlara gətirilən mineral maddələrdir. Suda xlorid duzunun miqdarı daha çoxdur. Suya acılıq verən isə maqnezium duzudur. Okean suyunda orta duzluluq 35 ‰ -dir. Lakin bu rəqəm alt qatlar üçün səciyyəvidir. Üst qatda duzluluq yağıntıdan, okean cərəyanlarından, çayların gətirdiyi suların miqdarından, coğrafi enlikdən və fəsillərdən asılıdır.


Okean suyu duzlu olduğundan, o çox böyük istilik tutumuna malikdir. Okean suları duzlu olduğundan, o daha aşağı temperaturda (-2°C) donur və 100°C temperaturdan yuxarı bir temperaturda qaynayır.
Duzluluq okean suyunun səffaflığını azaldır. Suda olan müxtəlif birləşmələr suyun rəngini tündləşdirir. Suyun yalnız 200 m-dək qatı şəffafdır. Daha dərində isə zülmət qaranlıq hökm sürür. Duzluluq üfüqi və dərinlik istiqamətində dəyişir. Dərinliyə doğru duzluluğun dəyişməsi 1000 m-ə qədər hiss edilir. Daha dərində duzluluğun sabit olmasına səbəb canlı aləmdir. Onlar özlərinə lazım olan duzu sudan alır.
Müxtəlif coğrafi enliklərdə okean sularının duzluluğunun fərqli olması aşağıdakı amillərdən asılıdır:


1. Yağıntı və buxarlanmanın nisbətindən;
2. Çayların gətirdiyi suların miqdarından;
3. Okean cərəyanlarının təsirindən.