Bu maraqlıdır!

Apollon proqramı

1960-cı illərin əvvəllərində kosmik yarışda Rusiya irəlidə idi və bu səbəbdən prezident Kennedi Amerika astronomlarının 1970-ci ildən əvvəl Ayın səthinə enəcəklərini açıqladı. 

 

1969-cu ilin iyul ayında 25 milyard dollarlıq Apollon proqramından sonra onlar bunu etdi.

 

Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuldan ibarətdir. Raket Yerdən qalxmaq və manevr etmək, kapsul ilə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulu keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər.

 

Ayda ilk insan: Apollon 11 Ayın səthinə enən ilk insan idi. 20 iyul 1969-cu ildə Ay modulu “Qaranquş” Aya endi və Neyl Armstronq Aya ilk ayaq qoyan şəxs oldu.

 

Yerlə Ay arasındakı üç günlük səyahət üçün Apollonun heyəti vaxtlarının çox hissəsini konusşəkilli Xidmət Modulunda keçirdi. Onlar eyni zamanda Yerin səthinə də Xidmət Modulunda yerə qayıtdılar və paraşütlə okeana düşdülər. 

 

 

Ay maşını

Hətta Ayın cazibə qüvvəsində belə ( hər şey Yerdə olanın altıda biri qədər çəkidə) hərəkət etmək və cisimləri daşımaq çətin idi. Bu səbəbdən NASA son üç Apollon heyətinə idarə etmək üçün xüsusi maşınlar verdi, bununla daha sürətli hərəkət etmək və daha çox cisim toplamaq olurdu.