Başqasının beşi
Murad məktəbdən evə qayıdırdı. Bu gün o, yoxlama imladan “beş” almışdı. Bunu valideynlərinə bildirmək üçün tələsirdi. O, evə çatan kimi soyundu, əl-üzünü yuyub, nahar etdi. Nahardan sonra atası ondan soruşdu:
– Murad, dərslər necə gedir?
Murad sevincini gizlət- məyə çalışaraq dəftərini atasına verdi.
– Yoxlama imladan “beş” almışam.
Ata oğlundan razı halda gülümsündü:
– Afərin!
Murad dedi:
– Bilirsən necə çətin idi, ata?
Atası soruşdu:
– Necə oldu ki, səhv buraxmadın?
– Mən Nəzakətin yanında otururam. Bilirsən o necə savadlı yazır?
Atası dedi:
– Belə de! Deməli sən bu gün özünün deyil, başqasının beşini gətirmisən?
Murad bu hərəkətindən utandı və yavaşca pıçıldadı:
– Başqasının... başqasının ... beşini.
22.12.2018