Dünyanın ən böyük sabun köpüyü
Yəqin çoxları uşaq vaxtı havaya sabun köpüyü üfürərək bundan zövq almağa çalışıb. Böyük Britaniyada bir sakin dünyanın ən böyük sabun köpüyünü üfürməyə müvəffəq olub. Onun havada uçurduğu köpüyün həcmi 2 avtomobildən daha böyük olub. 23.3 kubmetr həcmi olan köpük "Ginnesin rekordlar kitabı"na düşüb.
Böyük Britaniyada yayımlanan "Ev" cizgi filmi insanların sabun köpüyünə olan marağını birə min artırıb. Elə bu cizgi filmindən həvəslənən Semsem Bablmen də Londonun mərkəzində dünyanın ən böyük köpüyünü hazırlamağa qərar verib. Ginnesin şərtlərinə görə onun hazırlayacağı köpük bir neçə saniyə havada üzməli idi. Tapşırığın öhdəsindən uğurla gələn Bablmen iki böyük avtomobil ölçüsündə köpük hazırlayıb. Həcmi 23 kubmetrdən çox olan köpüyü 150 min tennis topu ilə müqayisə etmək olar.
Qeyd edək ki, bundan əvvəl dünyanın ən böyük sabun köpüyü ABŞ-da düzəldilmişdi. Semsem Bablmen bu rekordu yeniləməklə yanaşı Ginnes mütəxəssislərinə də çətin anlar yaşadıb. Tez-tez forma dəyişdirən köpüyün həcmini ölçmək üçün 3D aparatlardan istifadə olunub.
18.12.2018