Bu maraqlıdır!

Şokolad haqqında maraqlı faktlar

Şokolada qoyulmuş ilk heykəl 2009-cu il iyulun 1-də Rusiyanın Vladimir vilayətinin Pokrov şəhərində açılıb. 


Şokolad haqqında ilk kitab 1609-cu ildə Meksikada meydana gəlib. O, “Libro en el cual se trata del chokolate” – “Şokolad haqında hər şeyin olduğu kitab” adlanırdı.


Coan Xerrisin “Şokolad” romanı əsasında rejissor Lasse Xalstrom eyniadlı film çəkib. Filmdə baş rollarda Jülyet Binoş, Conni Depp və Cudi Denç oynayıblar.


Uşaqlar üçün məşhur ingilis yazıçısı Roald Dalın “Çarli və şokolad” fabriki adlı povesti çox maraqlıdır. Bu maraqlı povest yoxsul ailədən olan Çarli Baket adlı oğlanın hamı və özü üçün də təəccüblü şəkildə Villi Vonk adlı qeyri-adi xasiyyətli şokolad maqnatının varisi olmasından və onun macəralarından bəhs edir.


Hər il İtaliyanın Peruca şəhərində Şokolad festivalı keçirilir.


Almaniyanın Baden-Baden şəhərinin 45 kilometrliyində Şokolandiya adlı “ölkə” yaranıb. Parkda qurulan bu nağıl-şəhərdə hər gün əsl şokolad şouları qurulur. Burada hər il üç milyondan çox insan qonaq olur.


Şokoladdan moda nümayişlərində də istifadə olunur. Parisdə, Nyu-Yorkda dizaynerlər şokoladdan hazırlanmış əl işlərini nümayiş etdiriblər.