Dünyanın ən bahalı oyuncaqları
Stefano Kanturinin “Barbi” gəlinciyi . Qiymət: $302 500
Dünyanın ən bahalı Barbie gəlinciyi 2007-ci ildə tanınmış oyuncaq istehsalçısı Mattel tərəfindən Avstraliyalı dizayner Stefano Kanturi ilə birgə hazırlanmışdır.
Zərif qara geyimli Barbinin dizaynı avstraliyalı zərgər Stefano Kanturiyə aitdir. Qara paltarlı gəlinciyin boynunda ağ və çəhrayı brilyant qaşlarla bəzədilmiş boyunbağı, barmağında brilyant üzük var. Qiməti 302 500 dollardı.
Sidneydə rəsmi təqdimatdan dərhal sonra, gəlincik Nyu-Yorkta yerləşən “Christies” hərrac evinə aparıldı. Təşkilatçılar gəlinciyin 600 min dollara satılacağını güman etsələrdə, real məbləğ 302,500 dollara bərabər oldu. Hərracın bütün gəlirləri Döş Xərçəngi Araşdırma Fonduna bağışlandı.
Marklindən oyuncaq qatar. Qiymət: $179,140
1906-cı ildə Marklin tərəfindən istehsal edilən bu oyuncaq qatarı “Christie's”-də 179,140 dollara satıldı.
Həqiqi duman çıxaran üç metrli lokomotivin, 1-ci sinif vaqonu, verandası olan restoranı, hətta siqarət çəkənlər üçün düşünülmüş xüsusi vaqonu belə var.
Louis Vuitton-da Steiff-dən “Teddy ayısı”. Qiymət: 2.1 milyon dollar
2000-ci ildə Alman firması Steiff tərəfindən 140-cı ildönümü münasibətilə məhdud sayda hazırlanan bu ayıların gözləri sapfir və almazdandır. 43 min dollar xərc çəkilərək hazırlanan bu ayıcıqlar 2.1 milyon dollar qiymətə satılıb.
Oyuncaq “Lamborghini Aventador LP 700-4”. Qiymət: 4,7 milyon dollar
2011-ci ildə Lamborghininin əsl nüsxəsi olan oyuncaq “Lamborghini Aventador LP 700-4” dizayner Robert Qalpen tərəfindən hazırlanmışdır.
1: 8 səviyyəsində olan oyuncaq modelinin dəyəri 4,7 milyon dollara bərabər olub ki, bu da orijinal Lamborghini Aventador LP 700-4 qiymətindən 12 dəfə çoxdur.
Minyatür supermaşının hissələri qiymətli daşlardan və materiallardan hazırlanmışdır. Təkərlərin diskləri platin və qızıldan hazırlanıb, fənərləri, sükan çarxı, təkərlər və oturacaqlar brilyantlarla bəzədilib. Bu minyatür oyuncaq maşının üzərində təxminən 500 saat işlənmişdir. İstifadə olunan bütün materialların ümumi dəyəri 2 milyon dollar olub.
Orijinal oyuncaq əsgər “G.İ. Joe”. Qiymət: $ 200,000
Oyuncaq əsgər - İlk Gİ Joe prototipi kimi qəbul edilən bu əsgər 2003-cü ildə 200 min dollara satılıb. 21 hərəkətli parçaya sahib olan bu oyuncaq əsgərin boyu isə 27 sm-dir.
Albert Marquet-dən “farforlu gəlincik”. Qiymət: $ 263,000
20-ci əsrin əvvəllərində dünya şöhrətli Fransız oyuncaq istehlakçısı Albert Marquet tərəfindən düzəldilən farforlu gəlincik, 2009-cu ildə Atlantada “Theriault” auksionunda 263 min dollara satılıb.
Mexanik oyuncaq "L'oiseleur". Qiymət: 6,25 milyon dollar
"L'oiseleur" mexanika oyuncağı, İsveçrənin Kristian Bayne tərəfindən, 2340 ədəd cilalanmış poladdan yığılmış
dünyanın ən bahalı oyuncağıdır. Usta, onu yaratmaq üçün 15 min saat sərf etmişdir.
Ağırlığı 55 kq, uzunluğu isə 120 sm olan elit mexanika oyuncağı, ipək, atlaz və məxmərdən tikilmiş geyimdədir, üzü, ayaqları və əlləri isə farfordan hazırlanmışdır. Mexanik oyuncaq fleytada çala bilir. Qityməti 6,2 milyon dollardır.
Kolin Murun “Nağıl evciyi”. Qiymət: $500,000
Üç metrlik Nağıllar aləmini xatırladan “evcik” 1930-cu ildə məşhur Amerika aktrisası Kolin Murun (Colleen Moore) istəyi əsasında düzəldilmişdir.
Bu şah əsəri yaratmaq üçün 700-ə yaxın sənətkar - rəssamlar, zərgərlər səylə çalışdı. Evciyin 12 otağı, hətda bağı belə var. Ev çox kiçik xəzinələrlə bəzədilmişdir: Walt Disney tərəfindən çəkilmiş rəsm və fresklər, həqiqi almazlar, incilər və zümrüdlər, çilçıraqlar, qədim heykəllər və antik vazalar ilə bəzənilib.
1949-cu ildən bugünədək evcik Çikaqo Elm və Sənaye Muzeyinə saxlanılır. Qiyməti- $500,000-dır.