Döyüş balığı kimi tanınan beta balığı haqqında 7 maraqlı məlumat
1. Beta balığının təbii yaşam məkanı Taylanddır. Ancaq baxımı asan olduğu üçün dünyanın hər yerində ola bilər.
2. Elm aləmində Betta Splendens kimi tanınan beta balığının boyu 6-7 santimetr uzunluğundadır.
3. Parlaq və gözoxşayıcı rənglərin qarışığında olan bu balıq diqqətləri öz üzərinə çəkə bilir.
4. Adətən erkək beta balıqları davakar olurlar.
5. Ətlə bəslənən balıq növüdür.
6. Təxminən 2-3 il yaşaya bilirlər.
7. Beta balığı akvariumda yetişəcəksə lepistes və tetrazon kimi balıqlarla eyni akvariumda qalmamalıdır.
08.12.2018