Qriqori təqvimi
Qriqori təqvimi — dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimidir. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir.
Yuli təvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstüələyirdi. Məsələn, əgər eranın başlanğıcında - İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400) Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolitiya (Büyük Litva knyazlığı və Polşa tərkibində federativ dövlət) ərazisində oktyabrın 5-inin 15 oktyabr olduğu elan edildi.
Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını qəbul etmədilər. Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi. Vladimir Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada fevralın 1-i, fevralın 13-ü elan edildi.
Hal-hazırda və bütün XX əsrdə Qriqori təqviminin Yuli təqvimidən fərqi - 13 gündürsə, XIX əsrdə - 12 gün, XVIII əsrdə - 11 gün, XVII və XVI əsrlərdə isə - 10 gün olub. Böyük Oktyabr Sosialist İnqilabı Yuli təqvimi ilə 25 oktyabr təsadüf edib, bu tarixi Qriqori təqviminə çevirmək üçün 25 oktyabrın üstünə 13 gəlmək lazımdır (7 noyabr). Əgər həmin hadisə XX əsrdə yox, XIX əsrdə baş versə idi 12 gün, XVIII əsrdə baş vesə idi 11 gün əlavə etməli idik).
Yuli təqvimində 4 ildən bir fevral ayı 29 gün olur. Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 29 gün olmur, yəni Yuli təqvimində 1700, 1800, 1900, 2100-cü illərdə fevral ayı 29 gün olduğu halda, Qriqori təqvimində həmin illərin fevral ayı 28 gündən ibarətdir.
01.12.2018