Nəhəng göbələk
“Oreqon göbələyi” öz ölçülərinə görə dünyanın ən böyük canlısı adını qazanıb. Bu göbələk, nadir görülən biri deyil, hər kəsin bağçasında ola biləcək bir növdür.
Bu göbələyin adı “Armillaria ostoyae”dir. ABŞ-ın Oreqon əyalətinin Malur Milli Parkında kəsilmiş bir ağac kötüyünün üzərində böyüyən bal göbələyidir. Oreqon göbələyi 880 hektarlıq bir sahəni örtür və yaşı təxminən 2400 ildir.
Oreqon göbələyini bəzən “Oreqon canavarı” da adlandırırlar. Buna səbəb, göbələyin böyük bir hissəsinin, saç yığını şəklində yerin altında olub ağacları köklərindən məhv etməsidir.
1998-ci ildə tədqiqatçılar Oreqona göbələyinin “ nəhəng tək parçalı orqanizm” olduğunu ortaya çıxardılar.
30.11.2018