Ağ qum və mavi laqunlar krallığı: “Lensoys-Maranensis” səhrası
Dünyanın ən qeyri-adi səhrası “Lensoys-Maranensis” Braziliyada Maranyan ştatının Milli parkında yerləşir. Səhranın ümumi sahəsi təxminən 580 kvadrat mil (təxminən 1,5 min kvadrat kilometr) təşkil edir.
Portuqal dilindən tərcümədə Lensoys-Maranensis “Maranyanın Çarşabı” deməkdir. Buranı qeyri–adi edən isə qum təpələrinin arasında şəffaf mavi laqunların olmasıdır. Yağış suları ağ qum təpələrinin arasında “vadilərdə” hovuzlar meydana gətirir və minlərlə kristal, təmiz laqunlar yaradır.
İsti qum təpələri, heç bir bitki örtüyünün olmaması buranı ilk baxışdan “səhra” kimi tanıtsa da, hər il səhraya təxminən 47 santimetr yağış düşür. “Lensoys-Maranensis” səhrasında yağış mövsümü yanvar-iyun aylarında başlayır. Bu laqunlar yalnız bir neçə ay mövcud olsa da, orada balıqlar, tısbağalar və molyusklar belə yaşayır.
2 iyun 1981-ci ildə “Lensoys-Maranensis” səhrası milli park statusu qazandı.
27.11.2018