Bu maraqlıdır!

Dünyanın ən qısa küçəsi: Ebenezer-pleys

Ebenezer-pleys Şotlandiyanın Uik şəhərində yerləşir və dünyanın ən qısa küçəsi kimi tanınır. 


Küçə Ginnesin rekordlar kitabına düşüb. Onun uzunluğu 2,06 metrdir. Bu küçədəki yeganə ünvan giriş qapısına "Bistro № 1" yazılmış ünvandır. Bu Makkeyz otelinin bir hissəsidir. Otel 1883-cü ildə tikilib və trapesiya formasındadır. Bir zamanlar otelin sahibinə onun ən qısa hissəsini göstərməsini istəyiblər və həmin hissə 1887-ci ildə rəsmən küçə adlandırılıb.