Nağıllar, hekayələr

“Pirr qələbəsi” nə deməkdir

“Pirr qələbəsi” ifadəsi Makedoniyalı İsgəndərin ölümündən sonra yaranmışdır. Böyük fateh vəfat etdikdən sonra onun qüdrətli imperiyası parçalanmağa başlayır. Bundan istifadə edən Roma dövləti bu imperiyanın ərazilərini ələ keçirməyə çalışır. Bəzi şəhərlər romalılara boyun əyir, bəziləri isə müdafiə olunmağa çalışır. Mübarizəyə qalxan şəhərlər arasında ən böyüyü Tarent idi. Tarent hökmdarı Roma ilə döyüşmək üçün qonşu hökmdardan – Pirrdən kömək istəyir. Səriştəli və təcrübəli sərkərdə olan Pirr heç düşünmədən buna razılıq verir.

 

Dəfələrlə romalılara qalib gəldiyi üçün bu ona su içmək kimi asan görünür.


İlk döyüşdə özünə məxsus döyüş sənətindən istifadə edərək Romalıları darmadağın etdi. Romalılar güclü müqavimət göstərsələr də Pirrin ordusunun manevrləri və döyüş fillərinə qarşı müharibə apara bilmədilər, qaçdılar. Bu qələbədən sonra demək olar ki İtaliyanın yarısı Pirr tərəfindən ələ keçirildi. Pirrin ordusu yavaş-yavaş Romaya yaxınlaşırdı. Qalların yürüşündən sonra Roma ən ağır təhlükəni yaşayırdı. Pirrin həkimi Romalılara məktub göndərərək böyük pul müqabilində öz padşahını zəhərləməyi təklif etdi. Romalılar Pirrə cavab yazdılar: “Qoy heç kim Roma cəsarət göstərmədən, hiylə yolu ilə qalib gəldi deməsin deyə biz səni ölümdən xilas edirik.”


İkinci döyüşdə Pirr bir daha qalib gəldi. Lakin bu döyüşdə Romalılar Pirrin ordusunun böyük hissəsini məhv etdilər. Döyüşdən sonra sərkərdələrdən biri Pirri qələbə münasibəti ilə təbrik etdikdə Pirr belə demişdi:


-Daha belə bir qələbə və biz məhv olduq. Bu döyüş e.ə. 279-cu ildə baş vermiş Askule döyüşü idi. 


Romalılar öz ölkələrində vuruşurdu, ona görə də hər dəfə ordu toplaya bilirdi. Pirr isə əlavə kömək olmadan döyüşürdü. Üçüncü döyüşdə Pirr məğlub oldu. Bu zaman Pirrin Makedoniya və Yunanıstanla münasibətləri pisləşmişdi. Bu səbəbdən o, İtaliyanı tərk etdi. Romalılarla müharibəni davam etmək üçün ilk olaraq Makedoniya və Yunanıstanı tabe etmək qərarına gəldi. Yunanıstanın Artos şəhərində gedən küçə döyüşlərində Pirr bir yunan vətəndaşı ilə döyüşməli oldu. Pirrlə şəhərlinin döyüşünü şəhərlinin anası evin damından izləyirdi. Oğlunun təhlükəyə düşdüyünü görən qoca ana əlinə keçən gül dibçəyini Pirrin üzərinə atdı. Dibçək Pirrin başına düşdü və hökmdar öldü.


Bax belə dünyanın qısa zamanda məşhur sərkərdəsinə çevrilən, lakin bir dənədə olsun ölkəni ələ keçirə bilməyən dahi Pirr öldü. Tarixdə isə o yaşadı. Qələbə böyük itkilər hesabına əldə olunarkən bir çox dillərdə “Bu, Pirr qələbəsidir” ifadəsini işlədirlər.