Yeni kəşf edilən daş-Yuperlit
ABŞ-ın Miçiqan əyalətində, Erik Rintamaki adlı biri, Miçiqan gölü ətrafında dolaşarkən, sirli daşlar tapır. Miçiqanın yuxarı yarımadasında yaşayan insanlar "Yuper" ləqəbini istifadə edir. Bu insanları şərəfləndirmək məqsədi ilə Erik Rintamaki, tapdığı bu daşlara 'Yuperlit' adını qoyur. Bu daşların görünüşcə adi daşlardan heç bir fərqi yoxdur. Amma Ultrabənövşəyi şüa altında yuperlitlər ulduz kimi parlayır.
Rintamakinin kəşf etdiyi daş, bütün dünyanın diqqətini çəkdi. Miçiqan Texnologiya və Saskatevan Universiteti daşların tapılmasından dərhal sonra araşdırma başladı. Onlar bildirdilər ki, Rintamaki yeni növ mineral tapıb. Araşdırmalardan sonra hər iki universitet daşlara elmi adını "floresan sodalit” tərkibli mineralla zəngin olan “siyenit klasterləri” adını verdi.
Onlar daşların qranitə bənzər bir tərkibi olan iri dənəli parçalardan yarandığı , lakin bunları xüsusi edənin floresan sodalit olduğunu söylədilər. Uzun davam edən ultrabənövşəyi işıq altında sodalitlər yuperlitlərin parlaq sarımsı damarlarını meydana gətirir.
Miçiqan Texnologiya Universitetində həyata keçirilən Elektron Skaner Mikroskopunun təhlili floresan mineralının sodalit olduğunu və Miçiqan əyalətində tapılan ilk sodalitlər olduğunu sübut etdi. Ancaq tədqiqat qrupu Yuperlitlərin Miçiqana aid olmadığı, əslində Kanadanın Ontario əyalətindəki, Koldvel Alkalayn Kompleksindən olduğuna inanırlar. Bu daşların cənub qitə buzlaşması vasitəsilə Superior gölünə doğru yol alaraq gəldiyi düşünülür. Hal-hazırda yuperlitlər sayəsində Miçiqan turizm bölgəsinə çevrilməyə başlayıb.
Yuperlitləri kəşf edən Erik Rintamaki eBay vasitəsilə məhdud sayda daşları 170 dollardan satarkən, tapılan əraziyə 50 dollarlıq turlar təşkil edilir.
24.11.2018