Bu maraqlıdır!

Li Qalli arxipelaqı

İtaliyanın cənubundakı şəhərlərdən çox da uzaq olmayan Positano kəndindən təxminən 6 km cənub-qərbdə Amalfi sahilində Li Qalli adlanan bir arxipelaq var. Bu kiçik ada arxipelaqı həmçinin “The Sirenusas”, “The Gallos” və ya “The Cocks” da adlandırılır.

 

Sirenusas adı, Yunan mifologiyasında dənizçiləri gözləyən təhlükə olan Sirenlər- su pəriləri ilə bağlı olaraq adlanıb. Əfsanələrə görə, ta qədim zamanlarda su pəriləri bu adalarda yaşayıblar. Sirenlərin ən tanınanları Parthenop, Leykosiya və Ligeya adlı su pəriləri idi. Onlardan biri mahnı oxuyur, digəri arfa musiqi alətind, üçüncüsü isə fleyta alətində ifa edirdi. Hətta e.ə I əsrdə çoğrafiyaçı Strabon öz qeydlərində onları anıb. Həmçinin yerli folklor olan Homerin epik poeması Odisseydə deyilir ki, Kral Odissey səfərlərindən birində bu su pəriləri ilə görüşüb. Kral özünü qayığın dirəyinə bağlayaraq sirenlərin musiqili hücumundan sağ qala bilmişdir. 

 

Təccüblü deyildir ki, dənizçilərin bu yerlərdən qorxmasının səbəbi, məhz bu bölgədə axınların dalğaları qayalara çırparaq gəmi qəzalarına səbəb olması idi. Arxipelaqın müasir adı, Li Qalli də qəribə bir şəkildə, sirenlərlə əlaqələndirilir. Əvvəllər yunan mifologiyasında sirenlər yarım quş, yarı qadın olaraq təsvir edilirdi. Filmlərdə olduğu kimi su pəriləri (yarı balıq, yarı qadın,) kimi daha sonralar, orta əsrlərdə təsvir edilməyə başlandı. Buna görə də, "galli" sözü (İtalyancadan xoruz olaraq tərcümə olunur) lələkli sirenləri bildirmək üçün işlədilib. Li Qalli arxipelaqı 3 əsas və bir neçə kiçik adacıqlardan ibarətdir: Gallo Lungo, La Castelluccia və La Rotonda.


Əsas 3 adadan biri olan Gallo Lungo həm tarixinə, həm də görünüşünə görə daha çox diqqətəlayiqdir. Bəziləri onun aypara şəklində olduğunu dedikləri halda, digərləri delfinə bənzədiyini israr edirlər. Buna görə də bəzən ona Delfin adası da deyirlər.


Qədim Roma dövründə senator və ziyalılar burada istirahət etməyi çox sevirdilər. Mifologiyası və nəfəs kəsən təbiətə bürünmüş bu ada səyahət edənləri özünə cəlb edir. Amma şəxsi mülkə çevrildikdən sonra buranı hər kəs ziyarət edə bilmir. 

 

Gallo Lungo və ya Delfin adası bir zamanlar monastır, daha sonra isə həbsxana olmuşdu.


II Çarlzın hakimiyyəti dövründə, XIII əsrin sonu XIV əsrin əvvəllərində Amalfi sahilləri çox vaxt dəniz quldurlarının hücumuna məruz qalırdı. Onların qarşısını almaq üçün Çarlz Roma binasının xarabalıqlarında gözətçi qülləsi tikməyi əmr etdi. Əsrlər boyu qüllədəki gözətçi vəzifəsi əldən-ələ keçdi və İtalya Krallığının formalaşması ilə birlikdə Gallo Lungodakı binalar üçün məsuliyyət Positanonun bələdiyyəsinə keçdi. Bura XX əsrdə xüsusi bir şöhrət qazandı. 

 

Yeri gəlmişkən, bundan sonra italiyalılar Li Galli adasını "Rus adaları" adlandırmağa başladılar. 1924-cü ildə yerli hakimiyyət orqanları ilə danışıqlardan sonra Li Qalli rusiya mənşəli rəqqas və xoreoqraf Leonid Myasin tərəfindən satın alındı. Tədricən o, adanı xüsusi yaşayış yerinə çevirməyə başladı. Leonid Myasinin vəfatından sonra, 1988-ci ildə böyük Rus rəqqas Rudolf Nuriyev Li Galli adalarının mülkiyyətçisi oldu. Deyilənlərə görə, Nuriyev bu adanı o qədər sevirmiş ki, hətta dünyadan köçməmişdən əvvəl qayaları öpüb. Ada Nuriyevin ölümündən sonra 1996-cı ildə Covanni Russo tərəfindən alınıb.


Hal-hazırda adada üç böyük malikanə var. 5 ulduzlu otellerə bərabər bu malikanələr kirayə verilir.