Nağıllar, hekayələr

Troya: yox olmuş şəhər haqqında əfsanə

Troya — bizim eradan 300 il əvvəl mövcud olmuş şəhərdi. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar.

 


Troya müharibəsi - E.ə 1193-1183 -cü illərdə Kiçik Asiyanın qərb sahillərində baş vermişdir. Yunan mifologiyasına əsasən hələ Homer eposuna qədər mövcud olmuş hadisədir. Mifologiyaya görə Troya şahzadəsi Paris öz gözəlliyi ilə məşhur olan Sparta çariçası Yelenanı qaçırdır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük bir donamna ilə Troyaya hücuma keçirlər. On illik müharibədə çox itkilər verilir. Nəticə etibarilə Troya bir hiylənin qurbanına çevrilərək süqut edir.

 


Bir çox epik şairlər bu müharibəni əsərlərində əks etdirmişdirlər. E.ə. VIII əsrdə Homer özünün dahi "İliada" əsərində Troya müharibəsini geniş və məzmunlu tərənnüm etmişdir. Hələ yüz il bundan qabaq yunan mifologiyasının bir parçası olan Troya müharibəsi və ya Troya şəhəri xalis fantaziya məhsulu sayılsa da 1871-ci ildə arxeoloji möcüzə baş verir. Arxeoloq Henrix Şliman indiki Türkiyənin Hisarlıq bölgəsində qazıntılar apararaq Troya qalıqlarını aşkar etmişdir.


Zevsin oğlu Egin çarı Eakın Pelin, Telamon və Fok adlı üç oğlu varmış. Fok Eakın nereida Psamafayadan olan oğlu idi. Fokun daha fərasətli olması digər qardaşları ona qarşı qısqanc etmişdir. Buna görə də onlar Foku öldürərək cəsədini meşədə gizlədirlər. Üstü açıldıqdan sonra Eak hər iki oğlunu - qardaş qatillərini Eginadan qovur. Bu minvalla qardaşlardan Telamon Salaminə və Peley isə Fitiyaya gələrək çar olur. Peley ölməz olmasa da ona ilahə nereid Fetida ilə evlənmək nəsib olur. Rəvayətə görə bundan hələ öncə Zevs və Poseydon Fetida üstündə bir-birilərindən küsmüş idilər. Lakin Fetidanın onlara bir sir açaraq, onun yalnız atasının gücünə malik oğlan uşağı dünyaya gətirəcəyini deyir. Öz səltənətlərini itirə biləcəklərindən ehtiyat edən tanrılar Fetidanı ölməz olmayana ərə verməyi qərara alırlar. Bu şərəfə isə Fessalidə ən çox tanrılardan qorxan Peley layiq görülür. Fetida ilə Peleyin Pelionda möhtəşəm toy mərasimi keçirilir. Tanrılar olimpdən enərək toya təşrif buyuraraq çoxlu hədiyələr gətirirlər. Muzaların gözəl nəğmələri və Apollonun kifar çalması məclisi daha da canlandırmışdır. Toya dəvətli olmayan yeganə ilahə Erida idi. Bunun qisasını almaq üçün Erida məclisdə şənlənənlərin arasına "gözəllər gözəlinə" yazılmış bir alma atmış olması, onu əldə etmək üçün Hera, Afina (mifologiya) və Afrodita arsında qızğın mübahisəyə səbəb olur. Bunu görən Zevs Hermesə ilahələri İdaya aparmağı bir çobanın seçimi ilə gözəllər gözəlini təyin etməyi tapşırır. Bu arada çar Priamın oğlu Paris (mifologiya) sürü otararkən ilahələri görcək qorxuya düşür. Hermes Zevsin tapşırığını ona bildirir. Hera əgər onu seçərsə Parisi həm Avropa həm də Asiyanın çarı edəcəyini, Afina onu məğlubedilməz döyüşçü edəcəyini, Afrodita isə ona dünyanın ən gözəl qadınını - Elenanı verəcəyini vəd edir. Paris almanı Afroditaya verməyi qərara almaqla Troya müharibəsinə doğru ilk addımı atmış olur.


Rəvayətə görə Plevrona çarının qızı Leda Evrota çayında yuyunarkən onun qucağına qartal təqibindən qaçan qu quşu pənah gətirir. Qu quşu cildinə girərək Zevs Ledanın könlünü almağa nail olur. Bu hadisədən sonra Ledanın Yelena adlı gözəllər gözəli bir qızı və əkiz qardaşlar: Kastora və Polidevka dünyaya gəlmiş olurlar. Yelena və Kastor Zevsdən dünyaya gəldikləri üçün ölməz olurlar, Polidevk isə Ledanın Tindareyadan olan oğlu olduğu üçün ölməz olmur. Yelena on doqquz yaşına çatdıqda Tesey onu oğurlayaraq Afidn qalasında saxlayır. Lakin ağır mübarizədən sonra qardaşları Kastor və Polidevk onu azad edirlər. Bu hadisədən sonra Tindarey onu ərə verməyi qərara alır. Qıza elçilik edənlərin sayı hesabı olmur. Tindarey qıza evlənmək istəyənlər arasında belə bir şərt qoyur. Kimə qismət olmasından asılı olmayaraq heç kim onu ərindən oğurlamağa cürət etməməlidir. Əgər bu baş verərsə yerdə qalanlar qaçırana qarşı birgə vuruşmalıdırlar. Yelena ərə getmək üçün Atreyanın oğlu və Aqamemnonun qardaşı Menelayı seçir. Toydan doqquz il keçdikdən sonra Paris Afroditanın göstərişilə Spartaya gəlir. Doqquz günlük qonaq qəbulundan sonra Menelay onuncu gün Kritə ana tərəfdən olan babasının dəfninə gedir. Vəziyyətdən istifadə edən Afrodita Yelenanı ofsunlayaraq Parisin qucağına atmış olur. Gecə ikən Parislə gəmiyə minərək çar sarayını və doğma qızını tərk edir.


Yelenanın qaçmasından sonra Spartaya geri dönən Menelay onu haqlamış rüsvayçılığı görüb dərhal Mikenaya qardaşı Aqanemnonun yanına gələrək kəsilmiş şərt əsasında ona kömək etməyi xahiş edir. Aqnemnon hər tərəfə carçılar göndərərək onları hərbi yürüşə hazır olmağa çağırır. Bu çağrılanların içərisində Odissey və Axilles də vardir. 


Troyaya qarşı yürüşdə iştirak edən yunanlar Homerin dilindən axeylər, argivlər eləcə də danaylar adlandırılır. Coxsaylı qoşuna malik olduğuna görə tam orduya rəhbərlik və komandanlığı Atreyanın oğlu Aqamemnon edir. 
Yunanlar Troyanı ələ keçirmək üçün hiyləgər Odisseyin məsləhəti ilə taxtadan nəhəng alt düzəldib, bir dəstə döyüşçünü bu atın içində gizləyir, özləri yaxınlıqdakı adaya gedirlər. Troyalılar atı dartıb şəhərə aparırlar. Gecə yunan döyüşçüləri atın içindən çıxıb yuxulu troyalılara hücum edirlər; yaxından adadan gizlincə qayıdan digər nyunan döyüşçüləri də şəhərə soxulurlar. Yunanlar kişiləri qırıb, qadın və uşaqları əsir tutub, şəhəri qarət edərək yandırırlar. Onlar çoxlu qənimət ilə Yunanıstana qayıdırlar.