Bu maraqlıdır!

Dünyanın ən böyük məbədi Angkor Vat

Angkor Vat - Siemreap şəhərinin 5,5 km şimalında, meşələr arasında gizlənən,  mistik ve əsrarəngiz bir məbəddir. 1113-1150-ci illərdə yaşamış Kxmer İmperiyasının kralı II Suryavarman tərəfindən paytaxt Anqkorda tikilib.


Hindu tanrısı Vişnuya həsr edilən sənaye inqilabınadək 1 milyonluq sakini ilə dünyanın ən böyük tarixi şəhəri hesab edilən Anqkordakı bu məbədin tikilişinin siyasi məqsədi də var idi. Belə ki, II Suryavarman bu yolla öz gücünü, ehtişamını göstərmək istəyirdi.


630 il hökm sürən Kxmer Krallığı vaxtında inşa edilən 50-dən çox məbədlər içərisində ən çox tanınanı Angkor Vatdır.


“Angkor” Kxmer dilində “şəhər”, “Vat” isə “məbəd” deməkdir. 


XIII əsrdə qonşu ölkə Tailanddan gələn hücumlar artır və buna qarşı tab gətirməyən krallıq, XIV əsrdə paytaxt Angkordan indiki paytaxt Pnompeniyə daşınır.


Dörd əsr boyunca tərk edilmiş və meşə tərəfindən əhatələnən bu qədim məbəd 1858-ci ildə Fransız alim Anri Muo tərəfindən yenidən kəşf edilib. Hər nə qədər məbəd Kxmer yerliləri, bölgəyə gələn qərblilər tərəfindən tanınsa da, bütün dünya Angkorun varlığını Muonun məbəd haqqında yazdığı kitabın işıq üzü görməsi ilə tanıdı.


Dünyanın ən böyük məbədi sayılmasına səbəb tutduğu ərazinin 162.6 hektar olmasıdır. Hətta böyüklüyü səbəbi ilə “Məbəd şəhər” belə adlandırılır. 


Yalnızca böyüklük olaraq deyil, eyni zamanda su üzərində tikilməsi baxımından da indiyədək reallaşdırılan ən cəlbedici proyektlərindən biridir. 


Angkor Vat tikildiyində, dünyadakı dini tikililərinin heç birinə bənzəmirdi. 65 metrlik yüksəkliyə sahib mərkəzi tikili bir az daha kiçik olan 4 tikili və qapalı divarlar ilə çevrələnmişdir. Məbədin kənarında su ilə dolu perimetri təxmini 5 km olan, ümumilikdə isə 200 m genişliyində və 4 m dərinliyində olan xəndəklə əhatələnmişdir. Bununla hindu mifologiyasında Himalay dağlarının ardında olduğu bildirilən və tanrıların evi sanılan əfsanəvi Meru dağının bir görüntüsünü yaratmaq hədəflənmişdir.


Tikiliş zamanı minlərlə insan birlikdə çalışaraq 1.5 mln m² qum və digər tikinti materialları daşındı. Daş bloklar 30 km şimaldan – Kulen təpəliklərindən kəsilərək gətirilmişdir. Bir çox kanal daşıma işlərində rol oynamışdır. Abidənin divarları oyma səhnələrlə doludur ki, bu da tək hindu mifologiyasından deyil, eyni zamanda tikinti blokların daşınması haqqında geniş bilgi verir. Eyni zamanda daşlar üzərindəki dəliklər daşların deşilərək odun parçalarına keçirildiyini göstərir. Sonra odun asılqanlar vasitəsi ilə bir daş su tökülərək daşa sürdülüb hamarlaşdırılırdı. Yəni daş blokların daşınmasında su və odunlardan istifadə edilmişdir. Heç şübhəsiz, Anqkor Vat məbədi tarixdən günümüzədən yetişmiş, insanların birgə əmək gücünün nələrə qadir olduğunu gözlər özünə sərən nadir örnəklərdən biridir.


XIV əsrdə Hind kilsəsindən Budist məbədinə çevrildi. 


Kambocada balta girməmiş meşələrin qəlbində yer alan məbədin üstündə toplanmış torpaqlar və vəhşi otlar, XX əsrdə təmizlənib.


1970-80-ci illər arasında Qızıl Kxmerler vaxtında baxım işləri dayandırılsa da, 1990-cı illərdə YUNESKO Ümumdünya Mirası Siyahısına girməsi ilə restavrasiya işləri yenidən başlanılıb. Alman Apsara Qoruma Proyekti (GACP) qoruyucu mələk heykəlləri və divar heykəllərini qoruma altına alıb.


İndi her il 2 milyondan çox turist buranı ziyarət edir.