Bu maraqlıdır!

Varlığından xəbərsiz olduğumuz cırtdan dövlətlər

Yer üzündə hələ də bilmədiyimiz və eşitmədiyimiz çox qəribəliklər var. Təsəvvür edək 200 ölkə var ki, bir dəfə də olsun adını eşitməmişik. 

 

Palau ‒ ərazisi 459 kvadrat kilometrdir. Əhalisi isə 21 min 347 nəfərdir. Palau dövləti müxtəlif ölçülü 300 adada yerləşib və dünyanın ən qeyri-adi ölkəsi hesab olunur. Onun sularında 130 növ akula yaşayır. Tropik meşələri isə saysız-hesabsız unikal bitki və heyvanla zəngindir. Ölkənin ən görməli yeri isə 2 milyon meduzanın yaşadığı göldür.


 

 

Silend ‒ Ərazisi 0,004 kvadrat kilometdir. Əhalisi isə 27 nəfərdir. Böyük Britaniya sahillərində 10 kilometrlik dəniz platformasında yerləşir. Ölkəni şahzadə idarə edir və bir neçə yüz ingilis funt sterlinqi ödəməklə hər kəs özünə qraf, baron və hersoq titulu ala bilər.

 

 


Tuvalu -  Ərazisi 26 kvadrat kilometrdir. Əhalisi isə 10 min 959 nəfərdir. Dünyanın ən kiçik və ən kasıb ölkələrindən biridir. Bu cırtdan ölkənin bəxti onda gətirib ki, qismətinə internet domen.tv düşüb və hər il ona milyonlarla dollar qazandırıb. 

 

 

 

 

Niue ‒ Ərazisi 261,46 kvadrat kilometrdir. Əhalisi isə 1190 nəfərdir. Okeaniyada yerləşən ada və dövlətdir. Ölkədə turizm və sənaye inkişaf etməyib. Niue Yeni Zelandiyadan alınan yardım hesabına yaşayır. Amma özünün hava alanı və paytaxtı var. Ölkədə bütün əhaliyə xidmət göstərən cəmi bir super market fəaliyyət göstərir.

 

 


Sent-Kite və Nevis – Ərazisi 261 kvadrat klometrdir. Əhalisi isə 52 min 329 nəfərdir. Dövlət Sent-Kite və Nevis adlı iki adada yerləşir. Kimin 250 min dolları varsa, yerli şəkər istehsalına investisiya yatırıb, bu ölkənin vətəndaşlığını satın ala bilər.