Bu maraqlıdır!

Dünyanın ən hündür abidəsi

Dünyanın ən hündür abidəsindən danışarkən ağlımıza ilk öncə ABŞ-dakı “Azadlıq heykəli” gəlir. Artıq bu belə deyil. İndi bu rekord Hindistanın Qujarat ştatında Narmada çayı sahilində ucaldılmış "Birlik heykəli" ilə yenilənib.

 

Hindistanda dünyanın ən hündür heykəli – görkəmli siyasi xadim, 1947-ci ildə Britaniyanın müstəmləkə əsarətindən qurtulmaq üçün xalq hərəkatının ən fəal üzvlərindən biri Sərdar Vallabhbhainin abidəsinin açılışı bu gün- oktyabrın 31-i baş tutub.

 

"Birlik heykəli" kimi simvollaşdırılan və hündürlüyü 182 metr təşkil edən bu abidə ABŞ-dakı Azadlıq Heykəlindən (93 metr) iki dəfə ucadır.

 

Heykəl 29,8 milyard rupiyə (təxminən 710 milyon manat) başa gəlib.


Hindistanın hökumət başçısı Narendra Modinin sözlərinə görə, gələcəkdə daha hündür “Şivaji” heykəlinin də ucaldılması nəzərdə tutulur. Hind okeanının sahilində - Mumbai şəhərində qoyulacaq bu heykəlin hündürlüyü isə 212 metrə çata bilər. Ölkənin milli simvoluna çevriləcək bu abidə Maratha İmperiyasının banisi və ilk hökmdarı, Hindistanın milli qəhrəmanı olan Şivaji Maharajın xatirəsinə ucaldılacaq.