Odeleyte- Portuqaliyanın Mavi Əjdaha Çayı
Portuqaliyanın Odeleyte çayı bu yaxınlaradək heç də məşhur deyildi. Stiv Riçards adlı bir şəxs maraqlı rakursdan onun şəkilini çəkir və sosial şəbəkəyə yerləşdirərək çayın nəyə oxşadığı sualını verir. Cavab-mavi əjdaha olur.
Mənbəyini Serra de Kaldeyran dağlarından götürür və San-Barş-de-Alportel, Tavira, Alkotin, Kaştru-Marin şəhərlərindən keçir.
Rəsmi adı Odeleyte olsa da, əsasən “Mavi Əjdaha Çayı” kimi tanınır. Çayın belə adlanmasının səbəbi yuxarıdan baxdıqda mavi və qeyri-adi qıvrımlı çay yatağının əjdahaya bənzəməsidir. Çay yaxınlığında eyni adlı su anbarı da var. “Mavi Əjdaha” çayının sağ qolu Qvadiana çayıdır.
Çay yaxınlığında eyni adlı kənd və Tanrının Anasına Ziyarət Kilsəsi adlı abidə var. Məbəd, sanki bu yerlərə rahatlıq və lətafət verir.
27.10.2018