Bu maraqlıdır!

Sahibsiz heyvanlar

İtlər və pişiklər böyük məmnuniyyətlə insanlarla birlikdə yaşayırlar. Lakin əfsuslar olsun ki, məsuliyyətsiz insanlar hər dəfə heyvanları qovur və onlar küçələrdə yaşamağa məhkum olurlar. Bu heyvanların balaları da sığınacaqsız qalır. Sahibsiz heyvanlar bəzi insanlara maneçilik törədir. Lakin tamamilə sahibsiz heyvanların vəziyyəti daha acınacaqlıdır. Küçələrdəki həyat it və pişiklərə böyük əzablar verir: onlar daim qida tapa bilmədikləri üçün çox vaxt aclıqdan əziyyət çəkir. Yaralananda və ya xəstələndikdə onları kimsə baytara aparmır. Balaları olduqda isə demək olar ki, onların qeydinə qalmaq iqtidarında olmurlar. Bu səbəbdən də sahibsiz heyvanların, o cümlədən də evinizin ətrafında yaşayan heyvanların axtalanması olduqca vacibdir. Axtalama – baytar həkimin narkozun təsiri altında dişi və erkək heyvanlar üzərində keçirdiyi əməliyyatdır. Bu əməliyyatdan sonra heyvanlar daha balalaya bilmir. Heyvanların axtalanması çox vacib məsələdir, belə ki, sahibi olmayan və küçələrdə əziyyət çəkən heyvanların sayı olduqca çoxdur. 


Bilirsinizmi ki, pişiklərin axtalanması saysız-hesabsız balalama hallarının qarşısını ala bilər? Daha doğrusu, sadəcə 7 ildə 370 min balanın dünyaya gəlməsinin, itlərin axtalanması isə altı ildə 67 min balanın. Nə qədər çox heyvan axtalanarsa və dünyaya bala gətirməzsə, bir müddətdən sonra sahibsiz heyvanların sayı azalar. Beləliklə, sahibsiz heyvanlar balalamazsa, küçələrdə keçən acınacaqlı həyatı yaşamağa da məhkum olmazlar. Bu məqsədlə heyvanların müdafiəsi təşkilatları və heyvansevərlər heyvanların axtalanması istiqamətində böyük səylər göstərirlər. Hindistanda və bir sıra digər ölkələrdə uzun illərdir olduqca uğurlu axtalama proqramları həyata keçirilməkdədir: nəticədə daha az sayda sahibsiz heyvan və müvafiq olaraq az sayda əziyyət çəkən heyvan əldə edilib. Rumıniyanın Oradea şəhərinin meri heyvanların müdafiəsi təşkilatı ilə əməkdaşlıq etmiş və nəticədə heyvanların böyük əksəriyyəti uğurla axtalanmışdır: sadəcə yeddi il ərzində sahibsiz heyvanların sayı xeyli dərəcədə azalmışdır. Əvvəllər Oradeanın küçələrində 5 min it yaşadığı halda, axtalanmadan sonra balaları olmayan heyvanların sayı 2012-ci ildə olduqca azalıb, daha dəqiq desək, 4750 daha az sahibsiz heyvan olub.


Bəs sən nə edə bilərsən:
Sahibsiz heyvan gördükdə hər zaman onların biz insanların yardımına ehtiyacı olduğunu düşünün. Ailənizlə uzun götür-qoylardan sonra heyvan saxlamaq qərarına gəldikdə, heç vaxt pulla satın almayın: nə zoomağazadan, nə bazardan. Heyvanı sahibsiz heyvanlar üçün sığınacaqlardan götürüb ona ailə üzvünüz qismində xoşbəxt bir həyat bəxş edə bilərsiniz.