Osman Sarıvəlli. "Sel"
Güclü yağış yağıbdır,
Su dünyanı götürüb,
Sel bağçanı alıbdır.
Gedib alma şitili.
Qaratikan yerində
Sağ-salamat qalıbdır.
Necə olur bu tufan,
Bəs onu qoparmayır?
Sel yaxşını aparır,
Pisləri aparmayır.
24.10.2018