Şeirlər

Yanıltmaclar

Atdı, muraddı,
Atdı, qanaddı.
Minsən kəhərə,
Min sən yəhərə.
Çıxsan səfərə,
Çıx sən şəhərə.
Ata arpa al,
Atı yola sal.

***

Göy göyərçin göyə uçdu,
Göy göyərçin göyə düşdü.
Göy göyərçin gölə düşdü.

***

 

Qarğa qarıldadı,
Kəklik qaqqıldadı,
Çaqqal vaqqıldadı,
Buludlar şaqqıldadı.

***

Dana dağa qaçdı,
Dağdan dağa aşdı,
Dana dağda dalaşdı.

***

Yemişəni yesən,
Yemiş yemə.
Yemiş yesən,
Yemişəni yemə.