Şeirlər
Fikrət Sadıq. Gecə yağış yağırdı
Çox vaxt gecələr yağar
güclü-güclü yağışlar.
Görən nə hikmətdi bu?
Görən bunda nə sirr var?
Bir gilə yaş tökəndə
üzünü örtər insan.
Gündüz yağsa bu leysan
Utanmazmı buludlar,
bu qədər göz yaşından?!