Bu maraqlıdır!

Ramsey nəzəriyyəsi

İstedadlı riyaziyyatçı Frenk Plempton Ramsey sübut etmişdir ki, tam nizamsızlıq qeyri-mümkündür. Xeyli miqdarda olan rəqəmlər, nöqtələr və ya obyektlər mütləq yüksək dərəcədə nizamlanmış strukturlardan ibarətdir. 


Üç min yarım il bundan əvvəl mixi xətlə yazılmış mətndə deyilir ki, günlərin bir günündə qədim şumer alimi ulduzlu səmaya baxarkən şir, kəl və əqrəb görür. Müasir astronom bürcləri ilk növbədə Yer kürəsinin bir nöqtəsindən kainatın ucunda görünən ulduzların müvəqqəti toplumu kimi görür. Bununla belə, ulduzları seyr etməyi xoşlayan hər bir şəxs təsdiq edə bilər ki, gecə səması düz xəttli, dördbucaqlı və beşbucaqlı formaları olan bürclərdən ibarətdir. Elə ola bilərmi ki, bu həndəsi fiqurlar kainatda fəaliyyət göstərən hansısa naməlum qüvvələr tərəfindən yaradılsın?


Riyaziyyat bunu daha sadə şəkildə izah edə bilmişdir. 1928-ci ildə ingilis riyaziyyatçısı, fəlsəfəçisi və iqtisadiyyatçısı Frenk Plemrton Ramsey sübut etdi ki, belə bir nizamlanmış konfiqurasiyalar istər ulduzlar qrupunda, istərsə də təsadüfi daş qruplarında və ya rəqəmlərin ardcıllığında, hər hansı bir böyük strukturda özünü göstərir. Əgər söhbət böyük miqdarda ulduzlardan gedirsə, bu zaman həmişə hər hansı bir müəyyən konfiqurasiyasını dəqiqliyi ilə təkrarlayan ulduz qrupunu müşahidə etmək olar. Əslində Ramsey nəzəriyyəsi onu göstərir ki, hər hansı bir struktur mütləq nizamlanmış kiçik strukturdan ibarətdir. Ramsey nəzəriyyəsindən qaynaqlanan mərhum T. S Moskinin fikrincə tam nizamsızlıq mümkün deyil.


Ramsey nəzəriyyəsini təsdiq edən mütəxəssislər qeyd edirlər ki, müəyyən arzuedilən kiçik strukturun varlığını təmin etmək üçün ulduzların, rəqəmlərin və ya obyektlərin sayı o qədər çox olmalıdır ki, onları hesablamaq olsun. Bu növ məsələləri həll etmək üçün bəzən onillikilər, incə mühakimə və ixtira qabiliyyəti tələb olunur. Ramsey nəzəriyyəsi üzrə mütəxəssislər qarşıya qoyulmuş məsələləri həll edərkən mühəndislərə daha mükəmməl kommunikasiya vasitələri, informasiyanın ötürülməsi və axtarılması kimi məsələlərdə yardım edir. Onlar eyni zamanda gələcək əsrlərdə alimlərə gərək ola bilən bir sıra riyazi metodları da aşkar etmişlər. Ola bilsin ki, əsas məsələ ondan ibarətdir ki, Ramsey nəzəriyyəsi riyaziyyatın əsas strukturunu-bütün kainatdan keçib gedən strukturu tədqiq edir.