Nağıllar, hekayələr

Piqmalion effekti

Piqmalion effekti – (Pygmalion effect və ya Rosenthal effect) elə bir təzahürdür ki, bu zaman bu və ya digər informasiyanın dürüstlüyünə əmin olan insan qeyri iradi şəkildə özünü elə aparır ki, sonda həmin informasiya öz təsdiqini tapır.


Əfsanəyə görə Kiprdə yaşayan yunan heykəltəraşı Piqmalion qeyri-adi gözəlliyə malik qadın heykəli yaradır. O, öz əl işinin nəticəsinə nə qədər çox baxırdısa bir o qədər heyran olur və heyran olmaq üçün də daha çox xırda özəlliklər tapırdı. Tezliklə Piqmaliona elə gəlir ki, yer üzərində yaşayan heç bir xanımın gözəlliyi, onun əlləri ilə ucaltmış olduğu heykəlin möhtəşəmliyi ilə müqayisəyə gəlməz. O, öz heykəlini Qalateya adlandırır, gecə və gündüzünü fil sümüyündən hazırlanmış məftunedici heykəlin seyrinə sərf edir. O heykəli səxavətli bəxşişlərə qərq edir.


Bayram günü aşiq heykəltəraş ilahə Afroditaya müraciət edib, ona dil töküb, ürəkdən yalvarır ki, onun cansız sevgilisinə ruh bəxş etsin, Qalateyanı canlandırsın. Gözəllik və məhəbbət ilahəsi onun bu qəlbinin hayqırtısına haray verir və Piqmalionun bu arzusunu yerinə yetirməyə razılaşır. Sevincindən özünü itirən aşiq öz emalatxanasına çatmağa tələsir. Canlı Qalateya məhz yaradıcısının  onu təsəvvür etdiyi, görmək istədiyi kimi idi. Piqmalion istədiyini əldə edir, onun arzusu gerçəkləşir.


Ümidlərin yerinə yetməsi ilə müşahidə olunan psixoloji fenomenin əsasında Piqmalion effekti dayanır.