Şeirlər

Təhminə Hümbətova. "Mənim əziz müəllimim"

Bu gün Sizin gününüz,
Sevinc dolu bayramdır.
Qəlbimizdə hər sözünüz,
Qayğınız bizə doğmadır.

 

Müəllim adınızla, 
Daim ucalasınız.
Örnək həyatınızla,
Nümunə olasınız.

 

Mənim gözəl müəllimim,
Təbrik edirəm Sizi.
Bircə arzum var mənim,
Qazanım sevginizi.