200 milyon il əvvəl yaşamış yeni dinozavr növü kəşf edilib
Tədqiqatçılar 200 milyon il əvvəl yaşadığı güman edilən yeni dinozavr növü kəşf ediblər.
Vitvatersrand Universitetinin alimləri müəyyən ediblər ki, tapılan qalıqlar Afrika fillərindən iki dəfə böyük bir dinozavra aid olub. Ağırlığı 13 ton, hündürlüyü 4 metrə çatan bu dinozavr o dövrün ən böyük heyvanı hesab edilir.
“Böyük göy gurultusu” adı verilən yeni növ uzun boyunlu “Sauropod" dinozavrı formasında olsa da ondan daha keçmiş dövrdə yaşayıb.
04.10.2018