Bu maraqlıdır!

Smoq nədir

İlk dəfə “Smoq” terminini 1905-ci ildə ingilis həkim Henri Antuan De Vo öz yazdığı məqalədə işlədib. O yazıb ki, “Smoq-kənddə yox, şəhərlərdə görülən tüstü dumanıdır”.

İnkişaf etmiş müasir sənaye şəhərləri smoqdan əziyyət çəkirlər. Bu qatı, çirkli, ziyanlı qazlarla və başqa maddələrlə hopdurulmuş duman şəhərin üstündə asılıb qalır. O bütün şəhəri tam mənası ilə udur: küçələrlə axır, meydan və bağları günəşdən örtür. Qapıların altından və pəncərələrdən sürünüb keçir, adamları zəhərləyir. Smoq insan orqanizminə mənfi təsir göstərir, nəfəs orqanlarında xroniki xəstəliklərin yaranmasına, gözlərin xəstələnməsinə, bir çox hallarda çox saylı insan ölümünə səbəb olur, bitkilərə ziyan vurur.

 

Smoq – müasir həyatın tipik məhsuludur. Böyük zavod və fabriklər, maşın və başqa texnika olmasaydı, o da heç vaxt olmazdı.

Atmosfer çirklənməsinin ən başlıca mənbəyi avtomobildir. O havaya çoxlu zəhər buraxır. Sənaye müəssisələri, şəhərin yaxınlığında olan zibilxanalarda yandırılan zibillər havanı çox güclü sürətdə çirkləndirirlər.